HÖKMDARIN QƏZƏBİ Onlar xəyanəti bağışlamırGİZLİ TARİX
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=B2LTF5wbIqA
Gizli tarix kanalına abunə olaraq yeni videoları izləyə bilərsiz • Abunə olun https://bit.ly/3IWfX5R • “GİZLİ TARİX” kanalında yayımlamaq istəydiyiniz, ictimaiyyətə məlum olmayan, tarixi əhəmiyyət daşıyan məktublar, materiallar və faktlarınız varsa [email protected] ünvanına göndərə bilərsiniz. • Düşmənlərindən qaçan Toxtamış Əmir Teymura sığınır. Teymur ona oğlu kimi münasibət göstərir, uzun müddət yanında saxlayıb ona hər cür dəstək verir. Teymurun dəstəyi ilə düşmənlərini məğlub edən Toxtamış Qızıl Orda taxtına oturur. Teymurun gücünü arxasında hiss edən Toxtamış çox keçmədən güclənir, düşmənlərilə açıq döyüş aparmaq üçün kifayət qədər orduya sahib olur. Əlində kifayət qədər gücü olan Toxtamış Teymurun üzünə ağ olur və onu ərzilərinə hücumlar təşkil edir. Toxtamışın bu hərəkətindən qəzəblənən Teymur qoşunu toplayıb onun üzərinə gedir. Teymurun onun üzərinə yürüşə etdiyi xəbəri Toxtamışa çatan kimi vaxt udmaq adıyla Teymurun hüzuruna nümayəndə heyəti ilə məktub göndərir. • “Bağışlayan və rəhimli Allahın adı ilə! • Allaha şükürlər olsun. Mərhəməti sayəsində bizi qardaş olaraq öz qüdrəti altında bir ağacın ayrılmaz kökləri kimi birləşdirdi! Uca Allahın qüdrəti və müsəlman dini bizə bərəkət gətirir! • Bu məktub böyük şöhrət sahibi, möminlərin müdafiəçisi və İslamın qalxanı Teymur Quraqana göndərilir! • Ey böyük və şöhrətli Sultan! Uca Allah sənin bütün sözlərinə xeyir-dua verir. Sən, doğrudan da mənə ata əvəzi olmusan. Mənim üzərimdə sənin haqqın böyükdür. Sənin qarşında baş əymək mənim üçün ucalıqdır. Sədaqətli və itaətkar oğlun kimi baş əyərək yalvarıram, mənim keçmiş günahlarımı bağışlayan sözlərini qiymətli qələminlə yazıb mənə göndər! • Anadan olanda Allahın sənə bəxş etdiyi müdriklik və ürək genişliyi yəqin imkan verər ki, mənim düşüncəsiz düşmənçilik səhvimi və layaqətsiz hərəkətimi bağışlayasan. Bədbəxt taleyimin və hiyləgər alçaq insanların təhdidi nəticəsində atdığım yanlış addımlardan peşman olduğumu etiraf edirəm. Qoy Allah məni bu yola təhrik edən alçaqların cəzasını versin! • Əgər sənin bağışlamaq xəbərini almış olsam, elə bil illər boyu susuzluqdan qurumuş bağın üstünə bərəkətli yağış yağmış olar. Əmin edirəm ki, bundan sonra həmişə, hər şeydə şübhə edilməyən böyüklüyünə itaət edəcəyəm. Mən bundan sonra bir tük qədər də olsa, sənin düz yolundan kənara çıxmayacağıma, götürdüyüm bütün öhdəliklərə riayət edəcəyimə, sədaqətli və itaətkar övladın olacağıma and içirəm! Məni bağışla! • Sənə həmişə səmimi və sədaqətli olmağa çalışan Toxtamış.” • Teymur Toxtamışın hiyləsini anlamışdı. Bu danışıqlar ancaq vaxt uzatmaq məqsədi güdürdü. Məktubu dinlədikdən sonra Teymur hümyəndə heyətinə dedi: • “O vaxt ki, sizin cənabınız Toxtamış yaralandı və düşmənin qabağından qaçdı, mən onu oğlum kimi qəbul etdim, tərəfində dayanıb onunla birgə Urus xana qarşı çıxdım. Döyüşçülərimi və silahlarımı ondan əsirgəmədim. Həmin ağır qış günlərində adamlarımı və silahları itirməyimə baxmayaraq, onu yenə müdafiə etdim və bu ölkəni onun əlinə verdim. Onu o qədər güc sahibi etdim ki, bütün qıpçaqların xanı oldu və Cuçi taxt-tacında əyləşdi. O vaxt ki, fələk onun üzünə gülməyə başladı, mənim qarşımda götürdüyü öhdəlikləri unutdu. Hətta oğlun ata qarşısında özünü necə aparması barədə fikirləşmədən mən fars və med krallıqlarını fəth etməklə məşğul ikən, fürsətdən istifadə edib məni satdı və idarəçiliyim altında olan şəhər və əyalətləri qarət etmək üçün ordu göndərdi. • Mən çalışdım ki,onun hərəkətlərinə əhəmiyyət verməyim. Güman etdim, yəqin gələcəkdə utanıb bu cür addımlar atmayacaq. Amma o, təkəbbüründən o qədər sərxoş oldu ki, yaxşılıqla pisliyi ayıra bilmədi. • Sonra yeni bir ordunu mənə qarşı ölkəmə göndərdi. Həqiqət budur ki, ona qarşı çıxanda avanqard dəstəsi uzaqdan atlarımızın ayaqlarından qopan tozu görüb qaçdı. • İndi Toxtamış bizim yürüş haqqında eşidib, bağışlanmasını istəyir. O bilir ki, layiq olduğu cəzadan qaçmaq üçün başqa yolu yoxdur. Ancaq biz dəfələrlə gördük ki, o öz sözünün üstündə dayanmayıb, tez-tez müqaviləni pozur. İndi onun sözlərinə inanmaq ağılsızlıq olar. Allahın köməkliyilə, biz niyyətimizə çatacağıq. Əgər doğrudan da o, həqiqəti deyib qəlbən sülh arzulayırsa, qoy öz müşaviri Əli Bəyi bura göndərsin ki, bizim əmirlərlə danışıqlar aparsın.” • Təbii ki, danışıqlar baş tutmadı və Teymur qoşunu çəkib Toxtamışın üzərinə getdi və onu məğlubiyyətə uğratdı. • Castin Marozzi “Tamerlan” “Qanun nəşriyyatı” 2015. Səh. 206-207
#############################
![](http://youtor.org/essay_main.png)