Fransada ödənişsiz təhsil
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=C_olBeQVkM4
Salam, dostlar, bugün sizə Fransada təhsillə bağlı danışacağam. Universitetlərə müraciət, təqaüdlər, yataqxanalar, yaşayış xərcləri və oxuyarkən işləmək imkanları ilə bağlı bir çox sualınıza cavab tapacaqsınız. • Fransa 2018-ci il statistikalarına görə dünyanın ən böyük 6—cı, Avropanın isə ən böyük 3-cü iqtisadiyyatıdır. Bura həm də innovasiyaların ölkəsidir, ölkədə 10.000-dən çox startup mövcuddur. Fransalı 62 Nobel mükafatçısı var ki, bunlardan biri də tarixin ilk qadın Nobel mükafatçısı Maria Curie-dir. Fransa hər il 300 mindən çox xarici tələbə qəbul edir və bu göstəriciyə əsasən ABŞ, Birləşmiş Krallıq və Avstraliyadan sonra 4-cü yerdədir. • Bəs bu qədər tələbənin Fransanı seçmə səbəbi nədir? • 1. Aşağı təhsil haqqı - Fransa təhsil haqqına görə dünyada ən aşağı göstəricilərə malik ölkələr arasındadır. Təhsil sahəsinə ayrılan məbləğ dövlət büdcəsinin ən böyük hissəsini, təxminən 20%-ni təşkil edir. Bununla da dövlət həm fransız, həm də xarici tələbələrin təhsil haqlarının böyük bir qismini ödəyir. Sizə yalnız kiçik bir məbləği ödəmək qalır. Məsələn, 2018-19 tədris ili üçün dövlət universitetlərində 1 illik təhsil haqları belədir: Bakalavrlar üçün 170, Magistrlar üçün 243, Doktorantlar üçün 380 avro. • 2. Yüksək reytinqli universitetlər - Fransa universitetləri müxtəlif beynəlxalq reytinq sıralamalarında (Times Higher Education, the Financial Times ranking, the QS, the Shanghai ranking and the European Union’s U-Multirank) yuxarı pillələrdə yer alır. 2019-cu il QS World University Rankings-də 35 fransız universiteti var ki, bunlardan 11-i də ilk 300-lüyə daxildir. MBA, Kimya, Maliyyə, Kompüter elmləri, Tibb və Siyasi elmlər üçün ən yüksək reytinqli universitetlər bunlardır. Məsələn, MBA üzrə HEC, INSEAD, Kimya üzrə Strasbourg, Diderot, Tibb üzrə Pierre and Marie Curie University, Kompüter elmləri üzrə CentraleSupelec, Université Paris-Sud Maliyyə üzrə Edhec, Essec, HEC, Siyasi elmlər üzrə Science Po və s. dünyanın ən yaxşıları sırasındadır. • 3. Fransız dili - Fransız dili dünyada 29 ölkənin dövlət dili, BMT-nin isə 6 rəsmi dilindən biridir. Ana dili fransızca olan insanlar sayına görə Avropada alman dillilərdən sonra 2-ci yerdədir. Xarici dil statusuna görə isə ingilis dilindən sonra ən çox insan tərəfindən öyrənilən 2-ci dildir. Bundan başqa, 2011-ci il statistikasına görə fransız dili dünyada ən çox məqalə çap edilən ilk 5 dil arasındadır. Bunlar göstərir ki, fransız dili bilmək ingilis dilindən əlavə, fransızca çap olunmuş məqalə və kitablar oxumağa, Kanada, Belçika, İsveçrə kimi digər fransızdilli ölkələrə də səyahət etməyə imkan yaradır. • TCF imtahanı: https://yazsamyazmasam.wordpress.com/... • DELF imtahanı: https://yazsamyazmasam.wordpress.com/... • Eyfel Təqaüdü: https://www.campusfrance.org/en/eiffe... • • FRANSADA TƏHSİL / Eiffel təqaüdü • Təqaüd Proqramları ilə bağlı videomuz: • Təqaüd proqramları haqqında bilməli o... • Mətn: Elşən Yusibov/Sevinc Əliyeva • Hazırladı: Sevinc Əliyeva • Səsləndirmə: Sevinc Əliyeva • Yeni videolardan ilk siz xəbərdar olmaq istəyirsinizsə: https://bit.ly/2LdMgOe • Facebook: Video Bilik • Instagram: @videobilik • The video is copyrighted by Sevinc Əliyeva and cannot be reused in other online channels without permission.
#############################
