Ramiz Rövşən Köhnə məktublar
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=JEVy18Kaypo
Şeir: Ramiz Rövşən - Köhnə məktublar • Səsləndirmə: Nurəddin Mehdixanlı • Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 • Biraddımla'nın sosial şəbəkə ünvanları: • Instagram: https://bit.ly/3gsKkms • Facebook: https://bit.ly/3GoODKl • TikTok: https://bit.ly/3r3sAHt • Telegram: https://bit.ly/3unQMn8 • E-poçt: [email protected] • RAMİZ RÖVŞƏN - KÖHNƏ MƏKTUBLAR • Xəbər gələr daha ömrün qışından, • Soyuyarsan - • saçlarına qar düşər. • Ancaq köhnə kitabların içindən • Hərdən-hərdən • köhnə məktublar düşər. • Əyilərsən, götürərsən gizlicə, • boylanarsan - • arvad-uşaq görməsin. • Çəkilərsən otağın bir küncünə, • gizli-gizli oxuyarsan hər sözü. • Bu nə sevgi məktubudu, ilahi, • indiyəcən ağrıyır hər sözü də. • Yazan qızın nəydi adı, ilahi, • Yaddan çıxıb sifəti də, üzü də. • Oxuduqca lal sətirlər səslənər, • Yavaş-yavaş səsi düşər yadına. • Bir hərfdən - qaşı düşər yadına, • Bir hərfdən - gözü düşər yadına. • O gözlərdən yadigartək varaqda • Göz yaşının ləkəsini görərsən. • Birdən donu xışıldayar otaqda, • Pəncərədə kölgəsini görərsən. • Diksinərsən, boylanarsan qapıya; • o kölgəni arvad-uşaq gördümü?! • Tez məktubu atarsan külqabıya, • yandırarsan hər sözünü, sətrini. • Sözlər yanar - kağızı da yandırar, • Sözlər yanar - o qızı da yandırar. • Sözlər qaçar o alovun içindən, • Sən baxdıqca - • basar səni soyuq tər. • Sıra-sıra qara qarışqalartək • Qaçıb gedər qara-qara hərflər. • Təkcə o qız qaça bilməz bu oddan. • Bir quş olub uça bilməz bu oddan. • O qız yanar o alovun içində, • Göyə qalxar o alovun dilləri. • O alovun dillərinə sarmaşıb • Yanar, yanar uzun-uzun telləri. • Yanar bir vaxt saçlarını oxşayan • Uzun-uzun barmaqları, əlləri. • O qız yanar - • ərşə çıxar tüstüsü, • Kağız yanar - • külqabıda küllənər. • Qəfil birdən • külqabının içindən • Yerə düşüb bir üzük diyirlənər. • Lap özünü itirərsən - baxarsan, • O üzüyü götürərsən - baxarsan; • Bu üzüyü axı harda görmüsən? • Bu üzüyü görməmisən bəlkə heç. • Sən o qıza haçan üzük vermisən? • Ona üzük verməmisən bəlkə heç. • Arvadın da qəfil girər qapıdan: • Əlindəki nədi? - deyər. • Üzükdü. • O üzüyü nə yaxşı ki, tapmısan, • neçə vaxtdı, itirmişdim, gəzirdim. • Sonra gələr, səndən alar üzüyü: • Bunun rəngi niyə belə qaralıb? • Barmağına güclə salar üzüyü: • Elə bil ki, bir balaca daralıb. • Külqabıdan tüstü qalxar hələ də, • o məktubun külü hələ işarar. • Maddım-maddım durub baxar arvadın, • o tüstüdən bir cüt gözü yaşarar. • Heç olmasa pəncərəni aç, - deyər, - • burda necə oturmusan sən, necə?! • Bu nə yanıq qoxusudu, ilahi, • elə bil ki, adam yanıb indicə... • Ramiz Rövşən: • «... Allah mənim ömrümdə nə qədərdirsə, şeirlərimdə də o qədərdir. Nə az, nə çox.1990-cı illərin əvvəlində bir qəzet müsahibəsində məndən soruşmuşdular: • Şeir yazmayanda Allah yadınıza düşürmü? • Cavabında demişdim: • Mən şeir yazanda Allahın yadına düşürəm. Allah həmişə mənim yadımdadır . • Elə həmin illərdə İstanbuldakı bir şeir gecəsində də mənə sual vermişdilər: • “Sizcə, Allahdan qorxmayan adamdan şair olarmı?” • “Yox” demişdim və elə o dəqiqə də əlavə eləmişdim ki, “amma Allahdan qorxan adamdan da şair olmaz”... » • #ramizrövşən #kohnemektublar #nureddinmehdixanli #biraddimla #biraddimlayol
#############################
