Umbakıda inşa edilən penitensiar kompleksin içində görün nələr var – APA TV
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=Kr2zpP534lw
#APATV #həbsxana #cəzaçəkmə #penitensiar #məhkum #məhbus #istintaq #Umbakı #kompleks #təcridxana #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün • Bakının Umbakı qəsəbəsində yeni açılan penitensiar kompleksə media-tur təşkil olunub. Beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla, iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə müxtəlif tipli cinayətlər törədən məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaq. Verilən məlumata görə, kompleksin ümumi saxlanma limiti 1.300 nəfərdir və orada 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub ki, həmin kameralarda məhkumlar hər cür şəraitlə təmin edilib, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri də ayrılıb. Penitensiar xidmətin rəis müavini, ədliyyə general – mayoru Oqtay Məmmədov media nümayəndələrinə bildirib ki, yaxın günlərdə məhbusların yeni açılan penitensiar kompleksə köçürülməsi nəzərdə tutulur. • İctimaiyyət nümayəndələri kompleksdə məhkumların tibbi təminatı ilə bağlı yaradılmış Tibb-sanitar hissələri ilə də tanış olublar. Burada kardioloq, stomatoloq, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqlar və geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek olan kamera-palatalar mövcuddur. Qeyd edək ki, kompleksdə məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar da qurulub. • LƏMAN SALEHOVA • HƏZRƏT BAYRAMLI • ✅ Rəsmi saytımız: https://apa.tv • ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber • ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi • ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial • ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv • ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... • • Copyright © APA TV • Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. • REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]
#############################
