Xəzər SüleymanlıDoktor











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=Ss5cVKx2s18

şeir: Aqşin Yenisey • səs: Xəzər Süleymanlı • #xezersuleymanli #aqsinyenisey #doktor • Bədəninə toxunduqca kədərlənirəm, • Kədərlənirəm ki, bu gözəllik bir gün həyatda olmayacaq. • Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq üçün öləcəyəm. • Tanrıya – insanı palçıqdan, sevgini ayrılıqdan, • Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək istəyirəm ki, • Səni tapmaqdan ötrü, yoxa çıxmaqdan belə qorxmuram. • Yaşayıb səni itirməkdənsə, • Ölüb səni tapmaqdı sevgi - mənim üçün. • Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm. • Gözlərin bütün qadınların gözlərinin müəlliməsi idi • İnsana necə baxmağı öyrədirdi. • Əllərin uzaqlaşmaq dərsi keçirdi. • Çünki biz • insanlardan uzaqlaşa-uzaqlaşa yaxınlaşmışdıq bir-birimizə. • Səni hamını itirdiyim yerdə tapmışdım, doktor. • Bundan sonra başqasını sevsən də sevinəcəyəm • Biləcəyəm ki, o da mənəm. • Amma sən • bu boyda gözləri necə, kimin arxasında gizlədəcəksən, • Hardan tapacaqsan o nəhəngi? • Danışdıqca ağlamağım gəlir, • Ağladıqca susmağım • Susduqca yoxa çıxmağım gəlir, doktor. • Bax, yenə də ağrıyıram • Saatımın əqrəbi sol qolumu sancıb! • Zamanın zəhərini qatıb qanıma. • Bir insan ört üstümə, tənhalıqdan üşüyürəm • Bax, əlçatmaz ağacların başında mürgüləyən külək əsməyə başladı yenə • Gecənin qaranlığından ağappaq qar yağdı • Üşüdük və göylər yenə sübut etdi ki, • Sevəndə qaranlıq da ağappaqdı. • Doktor, hər qadın Həvvanın uzaq qohumudu • Hər kişi Adəmin yaxın dostudu. • Alma ağacı görəndə iyrənirəm • Çünki bu ağacın əcdadı • Qadının cənnətdə yediyi • Qadağan olunmuş meyvənin • Mədəsində gətirdiyi toxumudu. • Gülü ağac olmaq arzusu soldurur • Bizi Tanrı olmaq iddiası öldürür. • Ağaclar Tanrının özünə bağışladığı nəhəng güllərdi. • Vaxt vardı, ümidsizliyim də • mənə yaşamaq üçün ümid verərdi. • Doktor, geri dönmək, yenidən gil, palçıq olmaq istəmirəm • Məni elə sev ki, yenidən palçıq yox, • biryolluq yox olum. • Aç qolundakı saatı, doktor, gözəlliyini zamana qısqanıram. • Biz ayrı-ayrılıqda o qədər xoşbəxtik ki, • Bir yerdə olanda bir az da bədbəxt olmaq istəyirik. • Doktor, məni unutsan, elə unut ki, • Səndən sonra heç kimin yadına düşməyim.

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org