İllərlə Getməyən Sızanaqları Təmizlədi Salisil Turşusu Nədir











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=_2h4t5YnVsE

#BirBax #Azerbaycan #salisil • Salam dəyərli izləyicilərim. Bu gün sizə apteklərdə ucuz qiymətə satılan, dəri problemləri zamanı sizə yardımçı olacaq bir vasitədən – salisil turşusundan danışacam. Yəqin ki, çoxunuz salisil turşusu haqqında eşitmisiniz. Dərinizdə sızanaq, ziyil, kəpək, qaşınma kimi problemləriniz varsa, bu videoda ənənəvi tibbdə salisil turşusundan istifadə etməyin 15 yolu haqqında danışacağam. Diqqətiniz məndə olsun. • Salisil turşusu ilk dəfə söyüddən alınıb. O təbiiliyini qoruyan az məhsuldan biridir. O, antibakterial təsirə malikdir. Dəri məsamələrinə nüfuz etmək, artıq yağları bədəndən xaric etmək, ölü hüceyrələri toksinlərlə birgə çıxarmaq qabiliyyəti var. Buna görə də, dərini müalicə etmək və sızanaqların qarşısını almaq üçün istifadə olunan məhsulların əsas tərkib hissəsidir. Salisil turşusu iltihabı və qızartıları da azaldır. • Salisil turşusunun daha bir mühüm xüsusiyyəti dərinin üst qatını aşındırmaq, hüceyrələri yenilənməyə təşviq etməkdir. Yəni vasitə qabarların, kobud dərinin müalicəsində və qırışlarla mübarizədə faydalıdır. Yeri gəlmişkən, dermatoloji kabinetlərdə dərini yeniləmək, toxumasını və rəngini yaxşılaşdırmaq, həmçinin, piqmentasiyanı azaltmaq üçün salisil turşusunun köməyilə soyma prosedurları həyata keçirilir. • Şampunların, baş dərisi üçün losyonların tərkibindəki salisil turşusu kəpək və qaşınma ilə mübarizə aparmağa kömək edir. Qeyd etmək vacibdir ki, o, bəzi dəri tipləri üçün aqressiv ola bilir, yəni qıcıqlanma, quruluq yaradır. Tərkibində salisil turşusu olan məhsullardan istifadə etməzdən əvvəl, dərinin kiçik bir hissəsində sınaq proseduru həyata keçirmək lazımdır. Xroniki xəstəliklərdən hər hansı biri və ya allergiyanız varsa, mütəxəssislə məsləhətləşmək tövsiyə olunur. • Hansı xəstəliklər zamanı salisil turşusundan istifadə olunur? • 1. Sızanaq və ya səpkilər. Salisil turşusu ölü hüceyrələri aşındırmağa və məsamələri açmağa kömək edir, bu da qara nöqtələri azaldır və onların formalaşmasını ləngidir. • 2. Salisil turşusu qabar və ziyilləri aradan qaldırmaq üçün istifadə olunur. O, dərinin buynuz təbəqəsini yumşaltmağa, aşındırmağa kömək edir. Bununla da, həm sərt, həm də yumşaq qabarların çıxarılmasını asanlaşdırır. • 3. Bəzi şampunlarda və saç dərisinə qulluq məhsullarında salisil turşusu var ki, bu da kəpək və qaşınma ilə mübarizə aparmağa kömək edir. • 4. Salisil turşusu ölü dərini yumşaltmaq və çıxarmaq üçün psoriaz xəstəliyinin kompleks müalicəsində istifadə edilir. Əlbəttə ki, o, xəstəliyin öhdəsindən gələ bilmir, lakin əlavə vasitə kimi, xəstəliyin bəzi əlamətlərini kifayət qədər effektiv şəkildə aradan qaldırır. • 5. Salisil turşusu xalq arasında “toyuq dərisi” adlanan “Keratoz pilaris” xəstəliyində dərinin keratinləşmiş sahələrini yumşaltmağa kömək edir. • 6. Tərkibində salisil turşusu olan kremlər və məlhəmlər ayaqlardakı ziyillərdən qurtulmağa kömək edir. Turşu ziyillərin strukturunu məhv edir və onlar tədricən yox olur. • 7. Dərinin keratinləşməsi və ya hiperkeratozda salisil turşusu dərini yumşaldır, bərpa prosesini sürətləndirir. • 8. Turşu yaraların və kəsiklərin infeksiyasının qarşısını almaq üçün antiseptik məlhəm və losyonlarda da mövcuddur. • 9. Bəzi hallarda salisil turşusu hiperpiqmentasiya problemini həll etməyə kömək edir. • 10. Bəzi antiperspirantların tərkibində tərləməni idarə etməyə və qoxunun qarşısını almağa kömək edən salisil turşusu var. Salisil turşusunun ayaqqabı qoxusu kimi xoşagəlməz halları uğurla aradan qaldırması da məlumdur. Bunun üçün ayaqqabının içərisinə bir az turşu çəkin və qurumağa buraxın. • 11. Salisil turşusu həşərat dişləməsilə yaranan qaşınma və iltihabı aradan qaldırmağa kömək edir. • 12. Şampuna bir az salisil turşusu əlavə etmək kəpəyi və baş dərisinin qaşınmasını aradan qaldırmağa kömək edəcək. Ancaq çalışın ki, birdəfəlik istifadədə turşunun miqdarı 3-5 damcıdan çox olmasın. • 13. Cunanı salisil turşusu məhlulunda isladın və qabar olan nahiyələrə çəkin. Bununla da, dəriniz yumşalacaq və qabarlardan daha tez qurtula biləcəksiniz. • 14. Salisil turşusu məhlulu günəş yanığından sonra sərinləmək və ağrıları aradan qaldırmaq üçün istifadə edilə bilər. • 15. Məsamələri açmaq və qırışların qarşısını almaq üçün üz yuyucu vasitəyə az miqdarda salisil turşusu da əlavə edə bilərsiniz. • Salisil turşusundan düzgün şəkildə necə istifadə etmək olar? • Salisil turşusunun istifadəsi zamanı arzuolunmaz əks təsirlərin qarşısını almaq üçün müəyyən qaydalara riayət etmək lazımdır. • -salisil turşusundan istifadə etməyə başlamazdan əvvəl, allergik reaksiya və ya qıcıqlanma olmadığına əminlik üçün dərinizin kiçik bir hissəsində yoxlayın; • -tərkibində salisil turşusu olan məhsulu işlətməzdən əvvəl, dərini yaxşıca yuyun, qurudun;

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org