TartaletTartoletTarte recipe
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=g0MhimUwtr0
Hər kəsə salam, • Giləmeyvələrin bolluğundan istifadə edib, bu cür dekorla bəzəmək olar istənilən şirniyyatı.Tartolet yeməyi sevirdim,bişirməyi isə yoxlamamışdım😅ancaq dedim ki,karantində yoxlamaq lazımdır elə😂🥰 • 📌QEYD: Tart xəmirində tərəzi mütləqdir zənnimcə,çünki mən nə olacaq gözəyarı edərəm deyib bişirdim, dadı hər şeyi ok, sadəcə xəmirin o bərkliyi tam məni qane etmədi düzü.Amma nə lazımdır? Hər zaman ən yaxşısı alınana qədər pes etməmək💪. Aradan 1az vaxt keçsin,yenə hazırlayacağam mütləq.Bir də tart xəmiri adi piroq xəmirindən daha bərk olmalıdır. Mən isə sizə dəqiq ölçüləri təqdim edirəm: • 🥧🎂Tartolet 🎂 • 🎂Tarte🎂 • Xəmir resepti: • 📌150qr otaq temp kərə yağı • 📌75qr şəkər tozu(təxmini yarım xrustal st) • 📌1yumurta • 📌1paket vanil • 📌263 qr un(2xrustal stdan sonra yavaş-yavaş əlavə etmək lazımdır ki,nə çox bərk,nə də çox yumşaq xəmir alınmamalıdı) • Üzərinin kremini isə zövqünüzə uyğun edə bilərsiniz,mən pastacı kremindən istifadə etdim: • 📌3yemək qaşığı un • 📌3yemək qaşığı şəkər tozu • 📌1yemək qaşığı nişasta • 📌3xrustal st süd • 📌1paket vanil • 📌yarı paket 200mllik duru qaymaq • 📌 yarı paketdən 1az az ağ şokolad • Xəmiri yoğurub 30dəq qoyuruq soyuducuya sonra onu tart üçün olan soba qabına yerləşdirib içərisini çəngəllə dəliklər açırıq ki,qabarmasın və 180°də əvvəldən isidilmiş sobaya yerləşdirib üzü biraz qızaranadək bişiririk. Daha sonra soyumuş tartın içini kremlə doldururub üzərini meyvələrlə bəzəyirik. Hazırdır nuş olsun!!🥰 • #tarterecipe #tartolet #fruittarte #tartaletka
#############################
