quotVağzalıquot Gəlin Havası Evinizdən Vağzalı Sədaları Gəlsin
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=gw4GnvpuEGE
/ omarqurbanov34 • ►facebook • / region-34-292839349187871 • ►Kanalımıza Abunə Olun Əziz Dostlar • / @region34 • Vağzalı (Atlandırma) - Azərbaycanda xalq arasında əsasən gəlin havası kimi qəbul olunan rəqs. • Vağzal sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı • Ancaq rəqsin özü Vağzal sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı Atlandırma dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi. «Vağzalı» havasını çala-çala gəlini ata mindirərdilər. Onun hər əlindən biri tutar, başqa birisi də atı çəkərdi. • Hələ XVl əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və Qarabağın ağırı adlandırılmışdır. Əsrlər keçdikcə bu rəqs şaxələnərək mövcudluğunu iki Asta garabağı və XlX əsrin sonu XX əsrin əvvələrindən Vağzalı adları altında saxlmaqdadır. Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə müasir nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu Qarabağın agırı sədaları altında yola salarmışlar ki, sonralar bu rəqs xalq arasında vağzalı adı altında məşhurlaşmışdır. Rəqsə qulaq asarkən bu musiqinin sevinc və həsrət ruhundan yoğrulduğunu zənn etmək olar. Elə bil bir ailə övladını yola salır, digəri isə bir övladını qarşılayır. • Ola da bilər ki, Atlandırma (Vağzalı ) rəqsinin melodiyası Kitabi Dədə Qorqudda adı keçən qopuzun Yelətmə havasından gəlir. [4] Yelətmə - yelləndilmə, həvəsləndirmə, coşdurma məzmunu verir. Bu havanın gəlinköçürmə, yaxud da gəlin gərdəyə salma mərasimində çalındığını güman etmək olar: • Qanturalıyla qızı götürüb gərdəkə qoydılar. Ozan gəldi, yelətmə çaldı • Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir. • Kecmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır • Erməni bəstəkarı Aram Xaçaturyan Qayane baletində ünlü Qılınclarla rəqs inin bir hissəsində Vağzalının melodiyasından istifadə etmişdir. • *************************************************************** • #vagzali #gelinhavasi #canliperformans #oyunhavalari #toymahnilari #toy
#############################
