Aman ayrılıq bəstəkarın ifasında Bəstəkar Emin Sabitoğlu © AzTV
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=qMwUjU7hLBk
Bəstəkar Emin Sabitoğlu, Söz: Nigar Rəfibəyli © AzTV / eminsabitoghlu | Sözlər (lyrics) ⤵️ • Sözlər (lyrics): • Mən ki, doymamışdım heç vüsalından, • Mənə zülm elədi yaman ayrılıq. • Nə olardı bir gün durub yuxudan • Görəydim ki, olub yalan ayrılıq… • Mən görəndə orda yaz səhəriydi, • Xoş nəfəs baharın küləkləriydi, • Açılan ağ badam çiçəkləriydi, • İndi onlardımı solan, ayrılıq! • Biz ki, bir ruh idik iki bədəndə, • O gülüb-sevinsə gülərdim mən də, • Vüsalın bülbülü uçub gedəndə, • Daş kimi qəlbimdə qalan ayrılıq. • Kim qıydı dostların bahar elinə? • Mehriban sözünə, şirin dilinə, • Cananın sazını alıb əlinə • Əğyar mizrabıyla çalan ayrılıq. • Gün çıxar, dağların əriyər qarı, • Pozulmaz dostların əhdi, ilqarı, • Keçər ürək dərdi, könül qubarı, • Gəl etmə meydanda cövlan, ayrılıq! • Nigar Rəfibəyli © • #EminSabitoghlu #EminSabitoğlu #ayriliq • Tags: emin sabitoglu, nigar refibeyli, aman ayriliq, ayrilig, qizil fond, retro mahnilar, kohne mahnilar, nostalji
#############################
