quotBombaquot hekayəsinin təhlili Ə Haqverdiyev Ədəbiyyat miq2024 buraxılış blok











############################# Video Source: www.youtube.com/watch?v=WjhXBkFZIu0

#azerbaycandili #ədəbiyyat #miq2024 #dim #anadilim #testizahi #buraxılış #blok • Hekayənin mətni • Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi: • -A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç! • Kərbəlayi Zal cavab verərdi: • -Arvad, sən hökümətin ləzzətini anlamırsan. • Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyam çıxacaq. • Ondan sonra rahat əyləşib pensiyəni yeyərik. • Belə danışıqdan sonra arvad həmişə sakit olardı. • -Nə deyirəm, kişi, özün bil! • Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi: • -Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan. • Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır... • Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. • Görünür, sən də rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq. • Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu: • -Nə var? • Dedi: • -Heç, bir az başım ağrıyır. • Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. • Bir-iki tikə alıb, “iştahım yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula. • Kərbəlayi Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. • Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. • Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. • At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. • Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. • O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi. • -Vot Patap, bomba rabatay! • -Qde? • -Dom Feyzulla bomba pirnesom. • Patap – İvana xəbər elədi, İvan – oqolodoçniyə, oqolodoçin – pristava, pristav – qalabəyinə, qalabəyi – jandarmlar rəisinə. • Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, saldat, qorodovoy bürüdü. • Qapını döydülər. • Usta Feyzulla çıxdı, xəbər aldı: • -Kimsən? • Dedilər: • -Aç qapını. • Qapını açan tək binəvanın dili tutuldu. Bir təhər soruşdu ki, “bəs niyə buyurubsunuz?” Dedilər: • -Danışma, gərək sənin evin axtarılsın! • Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. • Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub. • Kərbəlayi Zal çuvalları görən tək qışqırdı: • -Barin, vot, vot bomba! • Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”. • Yazıq Feyzulla da, qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla, evində bir şey tapılmadığını cürətləndi və birdən səsləndi: • -Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? • İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim. • Feyzullanın qolunu açdılar. Gəlib çuvalların ağzını açıb içindən beş dənə qarpız çıxartdı. • O biri çuvalda da qarpızdan başqa bir şey yox idi. • Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.

#############################









Content Report
Youtor.org / Youtor.org Torrents YT video Downloader © 2024

created by www.mixer.tube